Haqqımda

Tibb Üzrə Fəlsəfə Doktoru

Dr. Günay Əhmədova

Əhmədova Günay Azadxan qızı  — Avropa Onkoloqlar Cəmiyyətinin üzvü, tibb sahəsi üzrə alim, tibb üzrə fəlsəfə doktoru, onkoloq–mammoloq.

Untitled design (3)

Əhmədova Günay Azadxan qızı, 1982-ci ildə Bakı şəhərində anadan olub., 1999-cu ildə Kimya-biologiya təmayüllü respublika liseyini fərqlənmə attestatı ilə bitirib. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə–profilaktika fakültəsinə yüksək balla qəbul olub. 2005–2006-cı illərdə Ümumi Cərrahiyə üzrə subordinatura, 2006–2008-ci illərdə Onkologiya üzrə internatura kursu keçib, ardınca Aspiranturada təhsilini davam etdirib. 2013-cü ildə “Sümük şişlərində angiogenez ilə metabolizmin biokimyəvi markerləri arasında əlaqənin öyrənilməsi” mövzusundakı dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 5 fevral 2014-cü il tarixli (protokol № 03-K) qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

IMG_1280-min
15 İldən artıq tibbi təcrübə

Günay Əhmədova 2005-2006-cı illərdə T.Abbasov adına Bakı şəhər Onkoloji Dispanserində həkim-interna kimi çalışıb.
Günay Əhmədova 2012-ci ildən hazırki dövrədək ATU Onkoloji klinikasında, həmçinin Referans Estetik Klinikasında onkoplastik və rekonstruktiv cərrah kimi peşəkar fəaliyyətini davam etdirir.

Tibb Üzrə Fəlsəfə doktoru

Günay Əhmədova 2013-cü ildə “Sümük şişlərində angiogenez ilə metabolizmin biokimyəvi markerləri arasında əlaqənin öyrənilməsi” mövzusundakı dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 5 fevral 2014-cü il tarixli (protokol № 03-K) qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Dr. Günay Əhmədova

Heç bir xanım süd vəzisini İtirməsin!

Bizim komandamız süd vəzisini tam götürməklə yox süd vəzisini qoruyucu əməliyyat etməklə qürurlanır. Əksər xanımlarımızın süd vəzisi problemləri zamanı həkimə gec müraciət etmələrinin səbəbi süd vəzisini itirmək qorxusudur. 

Ancaq müasir süd vəzi cərrahiyəsində bütün hallarda çarə tapmaq, xanımın estetik görünüşünü qorumaq mümkündür.

Məqsədimiz

Heç bir xanım süd vəzisini itirməsin.